Husilərin vurduğu ingilis gəmisi batıb

   Husilərin vurduğu ingilis gəmisi batıb
  02 Mart 2024    Oxunub:686
Yəməndə fəaliyyət göstərən iranyönümlü husi qruplaşmasının Qırmızı dənizdə hədəfə aldığı gəmilərdən biri bu gün ilk dəfə sular altında qalıb.
AzVision.az xəbər verir ki, Beliz bayrağı altında üzən, Britaniyaya məxsus "MV Rubymar" yük gəmisi fevralın 18-də Bab əl-Məndəb boğazında gəmi əleyhinə ballistik raketlə vurulub və zərbənin ardınca şimala doğru sürüklənməyə başlayıb.

Rəsmi Yəmən hökuməti gəminin batdığını təsdiqləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qırmızı-dəniz   husilər   gəmi  





Xəbər lenti