Kəlbəcərdə yük maşını aşıb: Sürücü ölüb

   Kəlbəcərdə yük maşını aşıb:    Sürücü ölüb
  02 Mart 2024    Oxunub:1028
Kəlbəcər rayonunda ölümlə nəticələn ağır yol qəzası baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb.

Sabirabad rayonu sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili hərəkətdə olan zaman aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   qəza  





Xəbər lenti