“Qarabağ” - “Bayer” matçına nə qədər bilet satılıb?

“Qarabağ” - “Bayer” matçına nə qədər bilet satılıb?
  02 Mart 2024    Oxunub:696
UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununa bilet satışı davam edir.

Bu saatadək satılan biletlərin sayı açıqlanıb. Ağdam klubunun yaydığı məlumata görə, indiyədək 27 min bilet sahibini tapıb.

Qeyd edək ki, komandalar arasında ilk matç martın 7-də Bakıda, cavab oyunu isə bir həftə sonra Leverkuzendə olacaq.



AzVision.az


Teqlər:





Xəbər lenti