Ermənistanda heyvanlara qarşı qeyri-insani rəftar: Cinayət işi açıldı

      Ermənistanda heyvanlara qarşı qeyri-insani rəftar:    Cinayət işi açıldı
  02 Mart 2024    Oxunub:847
Ermənistan İstintaq Komitəsi heyvan fəallarından daxil olan ittihamlar fonunda Gümrüdən olan şirkətə qarşı cinayət işi açıb.
Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, şəhər rəhbərliyinin tenderində qalib gələn və 500 itin sterilizasiyası üçün büdcədən vəsait alan şirkət heyvanları şəhərdən Cəcur kəndinə daşıyıb. Orada heyvanları mal-qara fermasında yeməksiz və susuz qoyub.

AzVision.az "Sputnik Ermənistan"a istifadən xəbər verir ki, şirkətin meriyaya inanılmaz ucuz qiymət təklif etməsi, tenderə cəmi 9 gün qalmış təsis edilməsi də şübhə doğurur.

Heyvanların saxlandığı yerə baxış keçirilib, kompleks yoxlama çərçivəsində dövlət və bələdiyyə orqanlarından şirkətin fəaliyyəti ilə bağlı sənədlər də tələb olunub. Artıq faktla bağlı cinayət işi də açılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti