Roma Papası gender nəzəriyyəsini pisləyib

Roma Papası gender nəzəriyyəsini pisləyib
  02 Mart 2024    Oxunub:732
Papa Fransisk gender nəzəriyyəsini pisləyib.
AzVision.az xəbır verir ki, bu barədə "Bild" nəşri xəbər yayıb.

Katolik Kilsəsinin rəhbəri gender nəzəriyyəsini “zəmanəmizin ən böyük təhlükəsi” adlandırıb. Onun fikrincə, bu, kişi və qadın arasındakı fərqləri aradan qaldırmağa çalışan şər ideologiyadır.

"Fərqlilikləri aradan qaldırmaq insanlığı ləğv etmək deməkdir", deyə pontifik vurğulayıb.

Qeyd edək ki, daha Papa cinsi kimliyin sosial-mədəni amillərlə müəyyən edildiyi gender nəzəriyyəsini tənqid etmişdi. 2016-cı ildə o, Fransada uşaqların istifadə etdiyi dərsliklərin məzmununu şərh edərkən "gender nəzəriyyəsini məkrli şəkildə aşılamaq" cəhdlərindən danışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti