Həmas girovların azad edilməsi şərtlərini açıqlayıb

Həmas girovların azad edilməsi şərtlərini açıqlayıb
  02 Mart 2024    Oxunub:929
HƏMAS radikal hərəkatı Qəzzada atəşkəsin bərpasından sonra girovları azad etməyə hazır olduğunu açıqlayıb.
AzVision.az bunu "RİA Novosti" yə qurumun Siyasi Bürosunun rəhbərinin müavini Musa Əbu Mərzuk deyib.

İsrail isə öz növbəsində HƏMAS-dan ilk növbədə Qəzza zolağında olan məhbusları azad etməyi tələb edir. Hərəkatın sözçüsü İsrail hakimiyyətini fələstinli məhbusların siyahılarını da təqdim etməməkdə ittiham edib.

Qeyd edək ki, ötən ilin oktyabrın 7-də radikal HƏMAS hərəkatının minlərlə silahlı tərəfdarının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Dərhal quru əməliyyatı başladıldı, məqsədi girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsi idi.

AzVision.az


Teqlər:





Xəbər lenti