"Azəriqaz”: Ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq

      "Azəriqaz”:    Ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq
  02 Mart 2024    Oxunub:664
"SmartElektroniks" MMC tərəfindən "Azəriqaz" İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.
“Azəriqaz” İstehsalat Birliyindən AzVision.az -a verilən məlumata görə, qeyd olunan səbəbdən ödəniş sistemi 02.03.2024-ci il saat 22:00-dan 03.03.2024-cü il saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.

“Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur”, - məlumatda qeyd olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti