"Putin Ərdoğanla Əsədin Moskvada görüşünü təşkil edə bilər" - KİV

   "Putin Ərdoğanla Əsədin Moskvada görüşünü təşkil edə bilər" -    KİV
  02 Mart 2024    Oxunub:867
Türkiyə və Suriya liderləri arasında Moskvada keçiriləcək görüşə hazırlıq Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə mümkün səfərinin hədəfləri arasında ola bilər.
AzVision.az xəbər verir ki, bunu "Habertürk"ün köşə yazarı Çetiner Çətin X- də yazıb.

O bildirib ki, Türkiyə Dəməşq rəhbərliyi ilə münasibətlərində yeni səhifə açır. Antalyadakı diplomatik forumda açıq müzakirələr fonunda pərdəarxası diplomatiya ilə digər problemləri qətiyyətli tədbirlərlə həll etməyə çalışır.

Jurnalistin sözlərinə görə, Putin Moskvada Ərdoğan və Əsəd arasında danışıqları təşkil etmək və görüşün tarixini təyin etmək üçün tezliklə Türkiyəyə gələcək .

AzVision.az


Teqlər:





Xəbər lenti