3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb

 3 200 manatlıq  rabitə kabeli oğurlayanlar saxlanılıb
  02 Mart 2024    Oxunub:736
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən rabitə quyularından birindən 3200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti