Fransa xüsusi təyinatlıları Ukraynaya girə bilər

   Fransa xüsusi təyinatlıları Ukraynaya girə bilər
  01 Mart 2024    Oxunub:1149
Fransa Rusiyanı “strateji dilemma” qarşısında qoymaq üçün xüsusi təyinatlılarını və digər hərbi birləşmələrini Ukraynaya göndərməyi nəzərdən keçirir. Bu barədə Le Monde qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Paris Ukraynada yalnız Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarının olduğunu “sakit şəkildə" etiraf edib.

Qəzet yazır ki, Paris hətta onların arasında ölənlərin olduğunu ört-basdır edir.

Fransa həmçinin silahlı qüvvələrinin Ukraynada mövcudluğunu təkzib edir. Bildirir ki, rəsmi olaraq xüsusi təyinatlılar, məxfi agent olmayan və Baş Qərargaha tabe döyüşçülər Ukrayna sərhədlərini aşmayıb.

Qəzetin yazdığına görə Fransa hərbiçilərini mütləq şəkildə Ukraynaya göndərməyə fokuslanıb.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Aİ Ukraynanı orta və uzaq mənzilli raketlərlə təchiz edən “dərin zərbələr üçün doqquzuncu koalisiya” yaratmağa razılaşıb.

O, həmçinin bildirib ki, Fransa Rusiyanın qalibiyyətinə mane olmaq üçün hər şey edəcək. Makronun bəyanatlarından qısa müddət sonra NATO və Avropa İttifaqı ölkələrinin bir sıra liderləri Ukraynaya hərbi qüvvə göndərmək planlarının olmadığını bildiriblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti