Yunanıstanın müdafiə naziri Ermənistana səfər edəcək

   Yunanıstanın müdafiə naziri Ermənistana səfər edəcək
  01 Mart 2024    Oxunub:1025
Yunanıstanın müdafiə naziri Nikos Dendias gələn həftə Ermənistana səfər edəcək. O, Ermənistan səfiri Tiqran Mkrtçyanla görüşdən sonra X sosial şəbəkəsində səfər barədə məlumat verib.
“Bu gün mən Ermənistana gözlənilən səfərimlə əlaqədar səfir Tiqran Mkrtçyanı səmimi şəraitdə qəbul etdim”, - Dendias yazıb.

Öz növbəsində səfir Mkrtçyan sosial şəbəkə hesabında Nikos Dendiasın səfərinin Yunanıstan və Ermənistan arasında hərbi əməkdaşlığın müzakirəsi məqsədi daşıdığını qeyd edib.

Qeyd edək ki, dekabrda Ermənistanın müdafiə naziri Suren Papikyan Yunanıstana səfər etmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti