Hakan Fidan Mirzoyanla görüşdü

   Hakan Fidan Mirzoyanla görüşdü
  01 Mart 2024    Oxunub:766
Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada keçirilən diplomatik forum çərçivəsində Ermənistandan olan həmkarı Ararat Mirzoyanla görüşüb.
Görüş zamanı ölkələr arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub. Tərəflər tam nizamlanmaya nail olmağa hazır olduqlarını təsdiqləyiblər.

Bu istiqamətdə konkret addımlar barədə də fikir mübadiləsi aparılıb. Nazirlər beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Görüşdə iki ölkənin münasibətlərin normallaşdırılması məsələləri üzrə xüsusi nümayəndələri də iştirak ediblər.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada Diplomatik Forumun rəsmi açılış mərasimində bildirib ki, Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti