ADRA rəhbərliyi ilə Mərkəzi Bankın rəhbərliyi arasında görüş keçirilib

ADRA rəhbərliyi ilə Mərkəzi Bankın rəhbərliyi arasında görüş keçirilib
  01 Mart 2024    Oxunub:613
Azərbaycan Respublikası Dövlət Reklam Agetliyinin (ADRA) İdarə Heyətinin sədri Aydın İbadov və Mərkəzi Bankın (AMB) Baş direktoru Fərid Osmanovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin ADRA-da görüşü keçirilib.
Görüşdə bankların açıq məkandakı reklamları ilə bağlı məsələlər müzakirə edilib, dövlət qurumu ilə özəl sektorun qarşılıqlı əməkdaşlığının əhəmiyyətindən danışılıb.

525.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin də iştirak etdiyi görüşdə Agentliyin fəalliyətə başladığı dövrdən müvafiq sahədə sahibkarların işinin xeyli asanlaşdığı vurğulanıb, bankların üzləşdiyi bəzi çətinliklərdən, onların aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən görülən tədbirlərdən söhbət açılıb. Sonda görüş iştirakçıları birgə işçi qrupun yaradılması haqda razılığa gəliblər. Tədbirdə belə görüşlərin gələcəkdə də keçirilməsinin əhəmiyyəti qeyd edilib.
AzVision.az

Qalereya




Teqlər: ADRA  





Xəbər lenti