Həkim səhvi 11 yaşlı uşağı komaya saldı: Yataq xəstəsi ola bilər

  Həkim səhvi 11 yaşlı uşağı komaya saldı: Yataq xəstəsi ola bilər
  01 Mart 2024    Oxunub:962
Həkim səhlənkarlığı 11 yaşlı uşağın komaya düşməsinə səbəb olub.
AzVision.az xəbər verir ki, bu barədə Haldun Novruzzadə Facebook səhifəsində yazıb. O qeyd edib ki, adi diş müalicəsi zamanı anestezioloqun etdiyi səhv nəticəsində qız uşağı yataq xəstəsi ola bilər:

"Fevralın 21-də dostumuz Zamin Babayev 11 yaşlı qızının dişini müalicə etdirmək üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət edib. Onu Bəhruz Rüstəmov adlı stomotoloqa yönləndiriblər. Atası həkimə anesteziya olmadan, sedasiya üsuli ilə müalicəni aparmağı tapşırıb. Amma həkim özbaşına anesteziya ilə müalicəyə başlayıb. Anestezioloq Fərəh Amanova uşağa narkoz qoşub, otaqdan çıxıb. Onun bu səhlənkarlığı nəticəsində oksigen çatışmazlığı yaranıb, uşaq komaya düşüb. Bundan sonra Bakı Sağlamlıq Mərkəzində 4 gün uşağa düzgün müalicə olunmayıb. Atası uşağı ambulansla Mərkəzi Klinik Xəstəxanaya aparıb. Orada məlum olub ki, aneztezioloqun səhlənkarlığına nəticəsində uşağın beyni 4-5 dəqiqə oksigensiz qalıb və 72 saat ərzində lazımi olan heç bir müdaxilə edilməyib. Nəticədə uşağın beyninin bir hissəsi zədələnib. Uşaq 9 gündür komadadır. Həkimlər ən yaxşı halda yataq xəstəsi olacağını deyirlər".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti