Rektor: ""Naxçıvan" Universitetinin əmlakı Milli Müdafiə Universitetinə bağışlanılıb"

      Rektor:    ""Naxçıvan" Universitetinin əmlakı Milli Müdafiə Universitetinə bağışlanılıb"
  01 Mart 2024    Oxunub:1254
""Naxçıvan" Universitetinin fəaliyyətinin dayandırılması təsisçinin qərarı ilə həyata keçirilir. Bununla bağlı artıq Elm və Təhsil Nazirliyinə müraciət edilib və məsələ müzakirə olunub".
Bunu AzVision.az -a açıqlamasında "Naxçıvan" Universitetinin rektoru Anar Kazımov deyib. O qeyd edib ki, Universitetin əmlakı, binalar Milli Müdafiə Universitetinə bağışlanılıb.

"Bu ölkəmizin ordu hazırlığına töhfə olaraq edilir. Bura gələcəkdə Milli Müdafiə Universitetinin filialı kimi fəaliyyət göstərəcək".

A.Kazımov hazırda ali təhsil müəssisəsində 1700-ə yaxın tələbənin təhsil aldığını və onun 380 nəfərinin buraxılış kursu olduğunu qeyd edib:

"Buraxılış kursları "Naxçıvan" Universitetinin diplomunu alacaqlar. Amma I, II, III kurslarda oxuyan tələbələr müvafiq olaraq köçürüləcək. Onların təhsil haqları məsələsi də müzakirə olunur, ictimaiyyətə açıqlama veriləcək.

Professor-müəllim heyətinin də ixtisaslarına uyğun müəssisələrə yerləşdirilməsi təmin olunacaq. Bütün məsələlər detallı həll olunur ki, kiminsə haqqı yerdə qalmasın".

Qeyd edək ki, dünən elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə Naxçıvan Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət daxil olduğunu açıqlamışdı.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti