Navalnı dəfn olundu - FOTO/VİDEO - YENİLƏNİB (2)

   Navalnı dəfn olundu -    FOTO/VİDEO - YENİLƏNİB (2)
  01 Mart 2024    Oxunub:1544
Aleksey Navalnı Frenk Sinatranın “My Way” mahnısının sədaları altında torpağa tapşırılıb.

***
Aleksey Navalnının dəfni ərəfəsində mərasim iştirakçıları kilsəsinin ətrafında toplaşmağa başlayıblar.
Navalnının dəfn mərasiminin keçirildiyi ərazidən gələn son məlumata görə, yol kənarlarında izdiham yaratmış yüzlərlə insan "Navalnı" deyə qışqıraraq əl çalır, onu son mənzilə yola salır.

* * *

15:22
Keçmiş müxalifət liderinin yaxınlarının sözlərinə görə, onun cənazəsini daşıyan maşın kilsəyə doğru yol alıb.

1000-dən artıq insan Navalnı ilə vidalaşmaq üçün kilsəyə gəlib.







* * *
12:51
Xəbər verdiyimiz kimi, bu gün Rusiya müxalifətinin həbsxanada dünyasını dəyişən keçmiş lideri Aleksey Navalnının cənazə mərasimi baş tutacaq.

AzVision.az xəbər verir ki, mərasim yerli vaxtla saat 14:00 radələrində Moskvanın cənub-şərqindəki Maryino rayonunda, Tanrı Anasının İkonası kilsəsində keçiriləcək.

Navalnının cəsədi saat 16:00-da Borisov məzarlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Aleksey Navalnı fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki "Qütb bayquşu" cəzaçəkmə koloniyasında huşunu itirərək dünyasını dəyişib.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Rusiya   Navalnı   dəfn   mərasim  





Xəbər lenti