Qurban Qurbanovun oğlu İsveçdə növbəti qolunu vurdu

Qurban Qurbanovun oğlu İsveçdə növbəti qolunu vurdu
  27 Fevral 2024    Oxunub:679
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveç klubu “Yurqorden”in U-21 komandasının heyətində çıxış edib.
O, Elit Liqa Kubokunda “Nörçeppinq”lə görüşdə meydana çıxıb. Matç "Yurqorden" U-21-nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. M.Qurbanlı start heyətdə meydana çıxıb və penaltidən komandasının ilk qolunun müəllifi olub.

Onunla yanaşı, əsas komandanın daha bir neçə üzvü oyun praktikası toplamaq üçün U-21-in heyətində yer alıb.

Qeyd edək ki, İsveç çempionatında yeni mövsüm martın 30-da başlayacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti