Paytaxt və bölgələrdə 19 silahlı şəxs saxlanılıb - VİDEO
![Paytaxt və bölgələrdə 19 silahlı şəxs saxlanılıb - VİDEO Paytaxt və bölgələrdə 19 silahlı şəxs saxlanılıb - VİDEO](https://azvision.az/photos/2024/02/65ddd3ae32bed65ddd3ae32bee170903646265ddd3ae32beb65ddd3ae32bec-1709036599.jpg)
Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “PM-98” pulemyotu, 4 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin 243 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Silahlı şəxslərdən birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
AzVision.az
Teqlər: