Husilər Qırmızı dənizdə sualtı kabelləri zədələdilər

   Husilər Qırmızı dənizdə sualtı kabelləri zədələdilər
  27 Fevral 2024    Oxunub:970
Yəmən husiləri Qırmızı dənizdə dörd sualtı kabeli zədələyiblər. Bu barədə İsrailin “Globes” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, kabellərin təmiri ən azı səkkiz həftə çəkə bilər.
Söhbət AAE-1 (Şərqi Asiyanı Misir vasitəsilə Avropaya birləşdirir), Seacom (Avropa, Afrika, Hindistan və Cənubi Afrikanı birləşdirir), EIG (Cənubi Avropanı Misir, Səudiyyə Ərəbistanı, Cibuti, BƏƏ və Hindistan ilə birləşdirir) və TGN (ABŞ və Böyük Britaniyanı birləşdirir) kabellərindən gedir.

Globes qeyd edir ki, kabellərin zədələnməsi Avropa və Asiya arasında internet rabitəsində ciddi fasilələrə səbəb olub. Ən çox zərər görən körfəz ölkələri və Hindistandır.

Nəşr zərəri əhəmiyyətli adlandırır, lakin bildirir ki, kritik deyil. Çünki Asiya, Afrika və Avropanı birləşdirən digər kabellər eyni bölgədən keçir.

Qeyd edək ki, Yəmən husiləri tərəfindən beynəlxalq gəmilərin atəşə tutulması 2023-cü ilin dekabrında İsrail və Fələstinin Həmas hərəkatı arasında gedən müharibə fonunda artıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti