“The New York Times” Makronun "qoşun göndərək" çağırışından yazdı

 “The New York Times”  Makronun "qoşun göndərək" çağırışından yazdı
  27 Fevral 2024    Oxunub:608
Makronun Avropa İttifaqı (Aİ) ölkələrinin Ukraynaya qoşun göndərə biləcəyi ilə bağlı sözləri qitənin Rusiyanın hərbi planlarını pozmaqla bağlı qətiyyətini nümayiş etdirir.
Bu fikirlər “The New York Times”da dərc olunan məqalədəndir.

Makron: "Avropa yaxın illərdə Rusiyanın hücumuna hazır olmalıdır"
Makron iddia edib ki, “Rusiya əsas diqqətini indi də NATO ölkələrinə yönəldə bilər”.

"Onun açıqlamaları Ukraynanın Vaşinqtonda yardım problemləri ilə üzləşdiyi bir vaxta təsadüf edir. Konqresdə oturan respublikaçılar hazırda xeyli ehtiyac duyulan maliyyə yardımının qarşısını alırlar", - müəllifi yazıb.

Məqalədə o da vurğulanır ki, Avropa liderləri Rusiyanın uzatdığı münaqişədə Ukraynaya dəstək verməyə hazır olduqlarını nümayiş etdirirlər. Çünki döyüşlər qeyri-müəyyən vaxta qədər uzanır və ABŞ-nin gözlənilən yeni yardımları şübhə altına düşüb.

Qeyd edək ki, Emmanuel Makron dünən Parisdə keçirilən Ukraynaya dəstək konfransında qalmaqallı açıqlamalar verib. O deyib ki, Ukraynanın Qərb müttəfiqləri Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna  





Xəbər lenti