Axtarışda olan ukraynalı deputat İsraildə rieltor işləyir

 Axtarışda olan ukraynalı deputat  İsraildə rieltor işləyir
  27 Fevral 2024    Oxunub:719
Korrupsiyada şübhəli bilinərək beynəlxalq axtarışa verilən Kiyev Şəhər Şurasının deputatı Vladislav Trubitsın İsraildə tapılıb.
UNİAN-ın məlumatına görə, o, burada başqa adla yaşayır və ev alqı-satqısı ilə məşğuldur.

Korrupsiya məsələləri üzrə ekspert Aleksandr Lemenov mediaya açıqlamasında deyib ki, “Trubitsin adını dəyişərək Aron qoyub. O, Hayfada məskunlaşıb. Keçmiş deputat 2023-cü il mayın 13-də, Ali Antikorrupsiya Məhkəməsinin rüşvət iddiası ilə bağlı iclasından bir neçə gün əvvəl özünün “Mercedes S 600” markalı avtomobili ilə Polşa sərhədini keçib”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Deputat  





Xəbər lenti