İran səfərliyi Xocalı soyqırımına görə başsağlığı verdi

   İran səfərliyi Xocalı soyqırımına görə başsağlığı verdi
  26 Fevral 2024    Oxunub:675
İranın Bakıdakı Səfirliyi Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə Səfirliyin “X” hesabında paylaşım edilib.

“İran İslam Respublikasının Bakıdakı Səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı bir daha dost və qardaş Azərbaycan xalqına başsağlığı verir, faciə qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirir”, - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti