Rotşildlər sülaləsinin London təmsilçisi vəfat etdi

 Rotşildlər sülaləsinin London təmsilçisi vəfat etdi
  26 Fevral 2024    Oxunub:855
"Bank sülaləsi"nin mühüm simalarından olan məşhur britaniyalı maliyyəçi Ceykob Rotşild 87 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” saytı məlumat yayıb. Nəşr Rotşildin ailəsinə istinad edib.

Qeyd edək ki, Ceykob 1990-cı ildən Rotşildlərin London bölməsinə rəhbərlik edib. O, yəhudi adətinə uyğun olaraq kiçik ailə mərasimi ilə dəfn olunacaq. Məlumata görə, mərhum üçün xatirə abidəsi ucaldılacaq.

Ceykob Rotşild Britaniyada xeyriyyəçilik işlərində mühüm rol oynayıb. O, Milli Qalereya Qəyyumlar Şurasının və Milli İrs Xatirə Fondunun sədri olub. 1994-1998-ci illərdə lotereya gəlirlərinin bölüşdürülməsinə cavabdeh olan Heritage Lottery Fund-un rəhbəri olub.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rotşild  





Xəbər lenti