Ruslar Avdeyevka istiqamətində daha bir qəsəbəni tutublar

 Ruslar Avdeyevka istiqamətində daha bir qəsəbəni tutublar
  26 Fevral 2024    Oxunub:909
Rusiya ordusu Avdeyevka istiqamətində daha bir qəsəbəni nəzarətə götürüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Kiyevin Avdeyevka məğlubiyyətinin əsas səbəbi açıqlandı
Qeyd edilir ki, bu dəfə “Mərkəz” qoşun qruplaşmasının bölmələri Lastoçkino yaşayış məntəqəsini tutublar. Bundan sonra onlar cəbhə xəttində vəziyyəti öz xeyrinə yaxşılaşdırmağa davam ediblər.

Xatırladaq ki, bir neçə gün öncə Ukrayna qoşunlarının Avdeyevkadan geri çəkilməsindən sonra ruslar daha bir strateji obyekti- koks kimya zavodunu tutmuşdular.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti