Sərnişin qatarı tüstülədi, xəsarət alan yoxdur

Sərnişin qatarı tüstülədi,    xəsarət alan yoxdur
  26 Fevral 2024    Oxunub:706
"26 fevral tarixində saat 13:45 radələrində Bakı sərnişin stansiyasında “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib".
AzVision.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Hadisə nəticəsində qatarın damında tüstülənmə müşahidə olunub.

"Qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşısı operativ olaraq alınıb. Depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur".

AzVision.az


Teqlər:





Xəbər lenti