"Putinlə Ərdoğan seçkilərdən qabaq görüşməyəcək" - Peskov
!["Putinlə Ərdoğan seçkilərdən qabaq görüşməyəcək" - Peskov "Putinlə Ərdoğan seçkilərdən qabaq görüşməyəcək" - Peskov](https://azvision.az/photos/2024/02/1708944327.jpg)
Fevralın 26-da Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb və onu 70 illik yubileyi münasibətilə təbrik edib.
"Putinin Rusiyadakı seçkilərdən əvvəl Türkiyəyə səfər etməyi planlaşdırırmı?" sualına Peskov "Yox" cavabı verib. O bildirib ki, Rusiya liderinin seçkiqabağı çox sıx qrafiki var: "Yüksək səviyyədə görüş üçün hazırlıq gedir. Prezidentlərin iş qrafikinə uyğun vaxtda bu görüş baş tutacaq".
Aytən Zəhra
AzVision.az
Teqlər: