Müharibənin üçüncü ili Zelenski üçün ən çətin dövr olacaq - "The Guardian"

   Müharibənin üçüncü ili Zelenski üçün ən çətin dövr olacaq    - "The Guardian"
  26 Fevral 2024    Oxunub:730
Rusiyanın Ukraynada başlatdığı müharibənin üçüncü ili prezident Volodimir Zelenski üçün ən çətin il ola bilər.
Bu fikirlər Britaniyanın məşhur “The Guardian” saytında dərc olunan məqalədəndir.

Zelenski: Azərbaycanın sülh formulunda iştirakından məmnun olardıq
Məqalə müəllifi qeyd edib ki, ukraynalılar artıq silahlı münaqişədən yorulublar. Beynəlxalq dəstək mexanizmi isə “parçalanır” və bu, döyüş meydanında kritik sursat çatışmazlığına gətirib çıxarıb. Bütün bunlara görə qarşıdakı aylarda Zelenskini çox çətin bir vəziyyət gözləyir.

Eyni zamanda, Ukrayna vətəndaşlarının əksəriyyəti sülh sazişi ideyasını da qəbul etmək istəmir. Çünki hazırda Rusiyanı sülh mexanizmlərini yerinə yetirməyə məcbur edəcək mexanizmlər azdır. Bu, Kremlin hərbi qüvvələrinə öz ehtiyatlarını bərpa etmək və Ukraynaya yenidən hücumlar qurmaq üçün zaman qazandırmaq riski də yaradır.

Qeyd edək ki, dünən Volodimir Zelenski Rusiya ilə müharibədə döyüş meydanında ölənlərin sayı ilə bağlı ilk dəfə konkret rəqəm açıqlayıb. O, müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 31 min döyüşçü itirdiyini dilə gətirib. Yaralıların sayını isə Rusiyanın hərbi planlaşdırmasına kömək göstərəcəyi üçün məxfi saxlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Zelenski  





Xəbər lenti