Nazir: "Xankəndidəki məktəblər Azərbaycan təhsil sisteminə uyğunlaşdırılır"

      Nazir:    "Xankəndidəki məktəblər Azərbaycan təhsil sisteminə uyğunlaşdırılır"
  26 Fevral 2024    Oxunub:980
Xankəndinin Kərkicahan qəsəbəsindəki məktəblərlə bağlı müvafiq inventarlaşma işləri aparılır.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə müxtəlif vəziyyətdə olan məktəblər var:

“Hər bir məktəb Azərbaycan təhsil sisteminə uyğunlaşdırılır. Yalınız bundan sonra istifadəyə verilir. Xankəndi də vaxtilə azərbaycandilli məktəblər də fəaliyyət göstərib. Təbii ki, əhali oraya köçərkən məktəblərdə tədris bərpa olunacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti