Robert Fiko: Qərb Ukrayna ilə bağlı daha pis qərara doğru irəliləyir

      Robert Fiko:    Qərb Ukrayna ilə bağlı daha pis qərara doğru irəliləyir
  26 Fevral 2024    Oxunub:965
Slovakiya hökumətinin başçısı Robert Fiko bildirib ki, o, Qərbin Ukraynadakı vəziyyətlə bağlı ən pis qərarın qəbuluna doğru getməsindən qorxur.
Bu barədə baş nazir Facebook sosial şəbəkəsindəki videomüraciətində deyib. Fikonun sözlərinə görə, fevralın 26-da Parisdə bəzi Avropa və dünya liderlərinin görüşündə müzakirə olunacaq mövzular haqqında mövcud məlumatlar ürpədicidir.

Slovakiyanın baş naziri qeyd edib ki, Qərb Ukraynadakı vəziyyətlə bağlı ən pis qərarın qəbuluna doğru gedir. Bununla əlaqədar olaraq Fiko bazar ertəsi səhər hökumətin və Dövlət Təhlükəsizlik Şurasının təcili iclaslarını keçirəcək.

Baş nazir xüsusilə vurğulayıb ki, o, Slovakiya hərbçilərinin Ukraynadakı münaqişədə birbaşa iştirakının qarşısını almaq üçün hər şeyi edəcək.

Fiko qeyd edib ki, Qərbin iki variantı var: Ya gərginliyin total eskalasiyası istiqamətində fəaliyyət göstərməyə və Ukrayna hakimiyyətinə qeyri-məhdud hərbi və maliyyə dəstəyi verməyə davam edəcək, ya da münaqişənin sülh yolu ilə həlli üçün real plan təqdim edəcək. Slovakiya hökumətinin başçısı Qərbin böyük ehtimalla birinci variantı seçəcəyinə inandığını bildirib.


AzVision.az



Teqlər:





Xəbər lenti