İsrail ordusu Qəzzadan insanların təxliyə planını hazırlayıb

İsrail ordusu Qəzzadan insanların təxliyə planını hazırlayıb
  26 Fevral 2024    Oxunub:798
İsrail Müdafiə Qüvvələri ölkənin hərbi-siyasi kabinetinə Qəzza zolağındakı döyüş bölgələrindən əhalinin təxliyəsi planını təqdim edib.
Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb. “Hərbi-siyasi kabinetin iclasında SAXAL Qəzzadakı döyüş bölgələrindən əhalinin təxliyəsini və gələcək əməliyyat planlarını təqdim edib. Qəzza zolağının şimalında və digər ərazilərdə baş verənlər kimi oğurluq hallarını aradan qaldıran Qəzzaya humanitar yardımın çatdırılması planı da təsdiqlənib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, İsrail ordusu Qəzza zolağında quru əməliyyatı başlayandan bu günədək 240 əsgərini itirib. İtkilərin ümumi sayı 579 hərbçidir.

Fevralın 25-də İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, Qəzza zolağının cənubundakı Rəfah şəhərində ordunun əməliyyatı qaçılmazdır, yalnız danışıqlar üçün fasilə mümkündür, lakin əməliyyatın tam ləğvi mümkün deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti