“BP”də qalmaqal: Arvadının telefon danışığını dinləyən kişi milyonçu oldu

      “BP”də qalmaqal:    Arvadının telefon danışığını dinləyən kişi milyonçu oldu
  26 Fevral 2024    Oxunub:838
2023-cü ilin fevral ayında Texasda yaşayan bir kişi həyat yoldaşının iş telefon danışıqlarını dinlədikdən sonra birjada qanunsuz olaraq 1,76 milyon dollar qazanıb.
Bu barədə Business Insider məlumat yayıb.Hyuston sakini Tayler Laudon etiraf edib ki, “TravelCenters of America”nın minlərlə səhmini şirkətin “BP” tərəfindən 1,3 milyard dollara alınacağı ilə bağlı məlumatı bildiyi üçün alıb.

Laudonun arvadı “BP”də satınalmalar və birləşmələr üzrə menecer vəzifəsində çalışıb. Cütlük evdən işləyirmiş və buna görə də bir-birinin iş telefon danışıqlarını dinləyə bilirmiş. Laudon qarşıdan gələn satınalma haqqında öyrənərək dərhal “TravelCenters of America”nın 45 mindən çox səhmini alıb və müqavilə elan edildikdən sonra onları 1,76 milyon dollara satıb.

Daha sonra “BP” daxili araşdırmaya başlayanda Laudon həyat yoldaşına etdiklərini etiraf edib. O, “BP”dən qovulub və sonra ərindən boşanıb. Məqalədə deyilir ki, Loudon cərimə oluna və şirkətlərdə müəyyən vəzifə tutmaq qadağan edilə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti