"Kapitan Marvel"in ulduz aktyoru 39 yaşında vəfat etdi
“Sevimli ata, ər, qardaş, dayı, oğul və əziz dost Kennet Aleksandr Mitçelin vəfatını ürək ağrısı ilə bəyan edirik”, - paylaşımda yazılıb.
Mitçel 2019-cu ildən bəri mərkəzi sinir sisteminin sağalmaz degenerativ xəstəliyi olan amiotrofik sklerozla mübarizə aparırdı.
Aktyor "Grey's Anatomy", "Qrimm", "Lie to Me" və digər seriallarda rol alıb. O, daha çox "Star Trek: Discovery" filmindəki Aurellio və "Captain Marvel" filmindəki Cozef Danvers rolları ilə tanınır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Aktyor