Roqozin Pentaqon rəhbərini meymuna bənzətdi - FOTO

   Roqozin Pentaqon rəhbərini meymuna bənzətdi  - FOTO
  26 Fevral 2024    Oxunub:946
"Roskosmos"un keçmiş rəhbəri, hazırda Zaporojye vilayətinin senatoru olan Dmitri Roqozin ABŞ-nin müdafiə naziri Lloyd Ostini təhqir edib.
O, qara dərili naziri meymuna bənzədib. Roqozin X sosial şəbəkəsindəki ingilisdilli səhifəsində iki fotoşəkil paylaşıb.

Roqozin Baydenə hərbi cinayətkar olduğunu xatırlatdı - VİDEO
Fotolardan birində piqmeylər qolları bağlı olan qorillanın yanında dayanıblar. Digər fotoda isə Ostinin Ukrayna prezidenti Volodimir Zelenski və ölkənin müdafiə naziri Rustem Umerovla yanaşı dayanması əks olunub.

Təhqiramiz status fevralın 25-də paylaşılıb. "ABŞ-nin müdafiə naziri Lloyd Ostin xəstələnməmişdən öncə piqmeylərlə şəkil çəkdirməyi çox sevirdi", - o, şəkilə başlıq kimi yazıb.

O, bu gün də mövzuya yenidən toxunub. Roqozin “VKontakte” sosial şəbəkəsindəki səhifəsində ABŞ rəsmisini primatla müqayisə etmədiyini yazıb: "Dünən gecə bəzi beynəlmiləlçi vətəndaşlar mənim paylaşımımdan çox həyəcanlandılar. Beləliklə, heç bir şübhə olmasın deyə yazıram. Ostin, Bayden, Şolz və Rusiyanın digər düşmənləri çirkli "banderaçı" meymunlar, müharibə cinayətkarlarıdırlar".


Tural Tağıyev
AzVision.az



Teqlər:   Roqozin   Rusiya   ABŞ   Meymun  





Xəbər lenti