ABŞ səfiri: Xocalı kimi faciələrin təkrarlanmasının qarşısını almalıyıq

      ABŞ səfiri:    Xocalı kimi faciələrin təkrarlanmasının qarşısını almalıyıq
  26 Fevral 2024    Oxunub:860
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında bildiriib

“Bu gün Azərbaycan xalqının kədərini paylaşaraq 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-nin adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək borcumuzdur”, - o bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti