Binəqədi məktəbində işıq borca görə kəsilib? - AÇIQLAMA

   Binəqədi məktəbində işıq borca görə kəsilib? -    AÇIQLAMA
  26 Fevral 2024    Oxunub:871
Binəqədi rayonu 335 nömrəli məktəbdə 23 fevraldan etibarən işıq yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, məktəbin işığı borca görə kəsilib. Müəllimlər soyuq otaqlarda dərs keçmək məcburiyyətində qalıblar.

Bakı Şəhəri Təhsil idarəsindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətə götürülüb və qısa müddətdə həll olunacaq. Qeyd edilib ki, məktəbin işığı texniki səbəblərdən kəsilib.

"BU müddətdə generator vasitəsilə məktəbə işıq verilib. Artıq məktəbin elektrik təminatı tam bərpa olunub".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti