Ermənistanda 300 min dollara nömrə satılıb

Ermənistanda  300 min dollara  nömrə satılıb
  26 Fevral 2024    Oxunub:925
Ermənistanda 00-OO-000 avtomobil nömrə nişanı 300 min dollara satılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Sürücünün Dostu” ictimai təşkilatı özünün Facebook səhifəsindən məlumat yayıb. Məlumata görə, bu nömrəni “Mercedes” markalı avtomobillərdən birinin sürücüsü alıb.

Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan isə yayılan məlumatı təkzib edib: ""00-оо-000 qeydiyyat nömrəsinin 121 milyon dram və ya 300 000 dollara alınması barədə şayiələr həqiqətə uyğun deyil. Elektron hərrac davam edir və fevralın 28-də başa çatacaq".


Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti