“Qarabağ” “Sumqayıt"a qalib gəldi

   “Qarabağ” “Sumqayıt"a qalib gəldi
  25 Fevral 2024    Oxunub:929
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
AzVision.az xəbər verir ki, bağlanış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 52-ci dəqiqədə Adama Diakabi və 83-cü dəqiqədə Yassin Benzia vurublar.

Bu nəticədən sonra xallarını 54-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Köhlən atlar”ın ən yaxın izləyicisi “Sumqayıt” isə 36 xalla ikincidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”yə 2:1, “Səbail” “Sabah”a 2:0, “Zirə” “Araz-Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib, “Neftçi” isə “Turan Tovuz”la heç-heçə edib - 1:1.

AzVision.az


Teqlər:





Xəbər lenti