"Ermənistanı erməni diasporunun kölgəsindən xilas etməklə yolumuza davam etməliyik"

   "Ermənistanı erməni diasporunun kölgəsindən xilas etməklə yolumuza davam etməliyik"
  25 Fevral 2024    Oxunub:1206
"Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli mexanizmi üzərində sıx işləyəcəyik. Sonra isə Ermənistan, Rusiya və İranın iştirakı ilə altıtərəfli mexanizm yaradılacaq".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə deyib .
"Babam Zəngəzur xalqını ermənilərdən qorumaq üçün mübarizə aparıb" - Numan Kurtulmuş


"Ötən həftə Gürcüstanın xarici işlər naziri Ankarada idi. Bizdən israrla tələb etdikləri budur: həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçtərəfli mexanizmi daha da gücləndirmək, onu dövlət başçıları səviyyəsində irəli aparmaq, sonra isə Ermənistan, Rusiya və İranı bu işə cəlb etməklə altıtərəfli mexanizm yaratmaq.

Əgər region ölkələri olaraq bu bölgədəki problemləri həll etmək imkanımız olsa, kənardan gələn bəzi qüvvələr tərəfindən sabitliyin pozulmasının qarşısını almış olarıq.

Zəngəzur layihəsi uğurla başa çata bilsə, bu, təkcə Azərbaycanı deyil, Ermənistan, İran, Türkiyə və Gürcüstanı da Qafqaz vasitəsilə Mərkəzi Asiyaya birləşdirəcək çox həyati bir dəhliz olacaq. Qazan-qazan prinsipi çərçivəsində bunun ermənilərə də böyük faydası olacaq. Bunları izah edərək, Ermənistanı erməni diasporunun kölgəsindən xilas etməklə yolumuza davam etməliyik”.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti