Ağsuda polisə 10 ədəd odlu silah könüllü təhvil verilib

Ağsuda polisə 10 ədəd odlu silah könüllü təhvil verilib
  25 Fevral 2024    Oxunub:1062
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, keçirilmiş profilaktiki tədbirlər nəticəsində rayon sakinləri müvafiq icra hakimiyyəti orqanından icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti