"Zirə" "Araz-Naxçıvan"a, "Qarabağ" "Sumqayıt"a qarşı

   "Zirə" "Araz-Naxçıvan"a, "Qarabağ" "Sumqayıt"a qarşı
  25 Fevral 2024    Oxunub:748
Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq.
AzVision.az xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək.

Əvvəlcə "Araz-Naxçıvan" "Zirə"ni qəbul edəcək. Oyun saat 16:30-da başlayacaq. "Zirə" 32 xalla 5-ci, "Araz-Naxçıvan" isə 31 xalla 8-ci pillədə qərarlaşıb.

Günün və turun son matçında isə lider "Qarabağ" 2-ci pillədə qərarlaşan "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 19:00-da start götürəcək.


25 fevral (bazar)

Misli Premyer Liqası, 24-cü tur


16:30.“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu
“Dalğa Arena”

19:00.“Qarabağ” – “Sumqayıt”

Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu

AzVision.az


Teqlər:





Xəbər lenti