"Qəbələ"nin baş məşqçisi istefa verib

"Qəbələ"nin baş məşqçisi istefa verib
  24 Fevral 2024    Oxunub:883
“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.
Klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib. 2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada çalışıb.

2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komandamız onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında Azərbaycan kubokunun 2022-2023-cü illər mövsümünün qalibi olub.

“Qəbələ” İdman Klubu Elmar Baxşıyevə komandamızdakı fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.

AzVision.az


Teqlər:





Xəbər lenti