Bakı və Gəncədə qızlar itkin düşüb

Bakı və Gəncədə qızlar itkin düşüb
  24 Fevral 2024    Oxunub:986
Bakıda 16 yaşlı, Gəncədə 18 yaşlı qızlar itkin düşüb.
AzVision.az xəbər verir ki, hadisə fevralın 22-də paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, Əliyeva Xanım Təvəkkül qızı polisə müraciət edərək onunla birlikdə yaşayan 2008-ci il təvəllüdlü qızı Həziyeva Elnurə Həzi qızının itkin düşdüyünü bildirib. Ana ərizəsində qızının fevralın 22-si saat 00:30 radələrində naməlum istiqamətə getdiyini, evə qayıtmadığını bildirib.

Gəncə şəhər sakini Bayramov Bəhruz Nurəddin oğlu polisə müraciət edərək onunla birlikdə yaşayan övladı - 2006-cı il təvəllüdlü Bayramova Ləman Bəhruz qızının fevralın 16-da gecəyarı yaşadığı evdən çıxıb, geri qayıtmadığını bildirib.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti