"Qarabağ"ın rəqibindən yeni rekord

   "Qarabağ"ın rəqibindən yeni rekord
  24 Fevral 2024    Oxunub:959
"Qarabağ"ın Avropa Liqasının 1/8 finalındakı rəqibi "Bayer 04" Bundesliqada 23-cü tur oyununda rekorda imza atıb.
AzVision.az xəbər verir ki, Leverkuze təmsilçisi "Maynt"sı qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Bayer 04" – "Maynts" - 2:1

Beləliklə, "Bayer 04" bu mövsüm uduzmadığı ardıcıl matçların sayını 33-ə çatdırıb.

Leverkuzen təmsilçisi 61 xalla (26 oyun) 1-ci pillədə qərarlaşıb. "Bavariya" 50 xalla (25 oyun) 2-ci, "Ştutqart" 46 xalla (22 oyun) 3-cüdür.

Qeyd edək ki, "Qarabağ" ilə "Bayer 04" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək. Tofiq Bəhramov adına Respublika stadionunda görüş saat 21:45-də, səfərdəki duel saat 00:00-da başlanacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti