Tələbə və gənclərə Qərbi Azərbaycan təbliğ olunur

Tələbə və gənclərə Qərbi Azərbaycan təbliğ olunur
  23 Fevral 2024    Oxunub:737
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetində “Qərbi Azərbaycanın mövzusunda tələbə-gənclərlə interaktiv görüşlərin təşkili” adlı layihə çərçivəsində tələbə-gənclərlə görüş keçirilib.
Tədbirin məqsədi Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda elmi tədqiqatların artırılması, elmi ictimaiyyətin bu mövzuya diqqətinin daha çox yönəldilməsi, Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliğinə töhfə verilməsi, əldə olunan elmi nəticələrin işıqlandırılması ilə yerli və xarici ictimaiyyəti məlumatlandırmaq olub.

Bu istiqamətdə çıxışlar edilib, məruzələr dinlənilib. Tədbirdə həmçinin "Virtual Qarabağ" İKT Mərkəzinin istehsalı olan “İrəvan gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş olunub.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti