“Dövlət məmurları iş üçün yanıma gəlirlər” - MÜSAHİBƏ

“Dövlət məmurları iş üçün yanıma gəlirlər” - MÜSAHİBƏ
  26 İyun 2014    Oxunub:1823
“Ərdoğan prezident seçiləcək, Qənirə Paşayeva isə deputat olmayacaq”

Böyük bir arzum var idi ki, prokuror olum. İmtahan günü yanımda oturan tələbəyə kömək etdim, O, 670 bal ilə instituta qəbul oldu. Amma mən sualların cavabını yazmadım. Çünki, oxuya bilməzdim. Vəziyyət çox pis idi və ailəyə baxmaq üçün çalışmalı idim. İkisindən birini seçməliydim. Mənə 13 yaşımdan vergi verildi, düz 9 ildir ki, ekstrasensliklə məşğulam.

Söhbət Azərbaycanın tanınmış ekstrasensi Aqil Məhərrəmovdan gedir. O AzVision.az-a müsahibəsində hamını təəccübləndirən açıqlamalar verib.

-Necə oldu ki, ekstrasens oldunuz?

- Mən iki ay yatıb ayılmamışam. 31 dekabrda yatıb, fevralın 27-də ayılmışam. Müalicə etmək üçün gələn həkimlər, mənə iynə vura bilmirdilər. Çünki, iynə bədənimə batmırdı.

-Yatanda nə görürdünüz?

-O haqda danışmaq istəmirəm, icazəm yoxdur.

-Niyə, kim icazə vermir?

-Müqəddəslər.

-Müqəddəslər deyəndə kimi nəzərdə tutursunuz?

-Azərbaycanda və dünyada islamın inandığı müqəddəslər: peyğəmbərlər, imamlar, mələk, şeytan və s.

-Son günlər insan bədənində cin olması gündəmə gəlmişdi. Sizcə cin var?

-Təbii ki. İnsanlardan başqa hər şey var (gülür...)

-Şeytanı, cini görmüsünüz? Hansı cilddə olurlar?

-Desəm ki, uzun olur, quyruqlu olur, tüklü olur inanarsınız? Mələk isə balaca olur. Və yaxınlaşıb mələyin gözünün qarşısında dayansanız belə onu heç vaxt görə bilməzsiniz. Ağ bir işıqdır. Şeytanı təsvir etmək istəmirəm, çünki bunu oxuyan insanlarımızın psixologiyasına mənfi təsir görtərə bilər. Gözlərinin qabağında canlandıra bilərlər. Siz insanlarımızın psix olmasını istəyirsiniz? (gülür).

- Biz az da işlərinizdən danışaq. Ekstrasens kimi yanınıza ən çox kimlər gəlir?

-Dövlət işçiləri. Adlarını açıqlamaq istəmirəm, iş məsələlərinə görə gəlirlər adətən. “İşlərini necə qursalar daha yaxşı alınar” sualı ilə yanıma gələn məmurlar çoxdur. Müğənnilər arasında isə mənə müraciət edənlər çox azdır.

-Hansı məmurlar sizin yanınıza gəlib, bəlkə adlarını açıqlayasınız?

- Yox, ad çəkmək istəmirəm.

- İnsanın gələcəyini gördüyünüzü deyirsiniz. Necə görürsünüz, yaxud da gələcəkdən xəbər vermək üçün hansı vasitələrdən istifadə edirsiniz?

-Heç nə ilə baxmıram. Elə-belə görürəm gələcəyi. Amma çətinə düşəndə Tarot kartları açıram. Çox vaxt ehtiyacım olmur.



- Bir az da siyasətdən danışaq. Yəqin ki, siyasi proseslərdən xəbəriniz var. Bəs Azərbaycan siyasətində hansı yenilikləri görürsünüz?

-Yaxın gələcəkdə ümumiyyətlə pis bir şey görə bilmədim. Siyasət sahəsində bir qadın görürəm. Bir qadındır, bir də cavan qızdır. Bunlar Azərbaycan siyasətinə uğur gətirəcəklər. Xüsusən də bu ilin axırlarında böyük bir uğur bizə doğru gəlir. 2016-cı ilin daha uğurlu olacağını görürəm.

- Bəs, müxalifətin Milli Şurasını nə gözləyir?

-Hazırda haradadırlarsa, yaxın gələcəkdə də orada olacaqlar. Onların düşərgəsində heç bir irəliləyiş görmürəm.

-Azərbaycanda hansısa nazir dəyişikliyi ola bilərmi?

-Yox, o haqda danışa bilməyəcəyəm.

-Qarşıdan parlament seçkiləri gəlir. Kimlər deputat kreslosunu tərk edəcəklər? Bu haqda nə deyə bilərsiniz?

-Hazırkı deputatların 90 faizi öz postlarında qalacaq. Qənirə Paşayeva da seçiləcək. Amma, növbəti dəfə o, deputat olmayacaq.

- Aqil bəy, bir az da dünyadan danışaq. Bildiyimiz kimi, İraqda şiələrlə sünnilər arasında qanlı döyüşlər gedir. Hətta İŞİD-in işğal xətirəsində Azərbaycan da yer alıb. Terrorçular Azərbaycana gəlib çıxa biləcəkmi?

-Xeyr, Azərbaycana gəlməyəcəklər. Gəlsələr də, ölkəmizə heç bir mənfi təsiri olmayacaq. Onların qarşısı yarı yolda alınacaq.

- Bəs, bu müharibənin sonunu necə görürsünüz?
-Çox uzun çəkəcək.

- Proqnozlarınız nə vəd edir, Suriyada Bəşər Əsəd rejiminin sonunu nə gözləyir?

-Suriya dövləti iki hissəyə ayrılacaq. Bəşər Əsədin sonunu yaxşı görmürəm, qaranlıqdır. Necə və nə cür, bu haqda danışmaq istəmirəm. O, tezliklə postundan gedəcək.

- Bildiyimiz kimi, avqustda Türkiyədə prezident seçkiləri keçiriləcək. Bizim üçün də maraqlıdır, prezident kim olacaq?

-Hazırkı prezident prezident seçilməyəcək. Ərdoğan seçiləcək.

-Bəs, Azərbaycanda tanınmışlar arasında itkilər olacaqmı?

-Xanım Qafarovanın xarici ölkəyə aparıb müalicə elətdirsələr yaşayacaq. Əks halda, yayın sonuna çıxmayacaq. İki tanınmış sima da dünyasını dəyişəcək. Amma o, İlhamə Quliyeva deyil.

-Tanınmış şair Aqşin Yenisey qara ciyər serrozundan əziyyət çəkir. Şairin aqibəti ilə bağlı nə deyə bilərsiniz?

-Yaşayacaq. Amma görürəm ki, ayaqları tutulub. İki dəfə əməliyyat stolu görürəm. Bakıdan uzağa aparacaqlar onu.

-Müğənni Natəvanla İlhamə Quliyeva arasında soyuq müharibə gedir. Barışacaqlarmı?

-Barışacaqlar.



Mirvari Nəcəf
Fotolar: Nuron



Teqlər:  





Xəbər lenti