“Marakana” stadionunda isə Fransa və Ekvador yığmaları görüşüblər. Fil Dişi Sahilindən olan baş hakim Numandyez Duenin idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən görüş 0:0 hesabı ilə heç-heçə başa çatıb. Xalını 7-ə çatdıran fransızlar qrup lideri kimi 1/8 finala adlayıb. Ekvador isə mundialla vidalaşıb.
AzVision.az