Qurban Qurbanov qəhərləndi: "Əsl azərbaycanlı kimi vuruşduq" - Video

  Qurban Qurbanov qəhərləndi:  "Əsl azərbaycanlı kimi vuruşduq" -    Video
  23 Fevral 2024    Oxunub:975
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı məğlub edərək (4:2, 2:3) 1/8 finala adlamaqları barədə danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis cavab matçından sonra "CBC Sport"a açıqlaması zamanı kövrəlib və söyləyib: "Ürəyimdə çox şey var. İnsanların sevinməsinə görə çox sevinirəm. Hamıya təşəkkür edirəm. Futbolçularımız böyük xarakter göstərdilər. Müharibə dövründə cənab Prezidentin güclü döyüşü vardı. Sanki oyunun gedişatında həmin döyüşü hiss edirdik. Elə oyundan əvvəl də belə bir söhbətimiz olmuşdu ki, meydanda döyüşməliyik. Bu gün əsl azərbaycanlı kimi vuruşduq. Dəstək olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, "Qarabağ" bu gün daha bir tarix yazaraq Avropa Liqasının 1/8 final mərhələsinə adlayıb.



AzVision.az


Teqlər:





Xəbər lenti