Qurban Qurbanovun köməkçisi qırmızı vərəqə aldı

   Qurban Qurbanovun köməkçisi qırmızı vərəqə aldı
  23 Fevral 2024    Oxunub:881
Avropa Liqasının pley-off mərhələsinin "Braqa"ya qarşı cavab oyununda "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov qırmızı vərəqə ilə cəzalandırılıb.
AzVision.az xəbər verir ki, baş hakim Georgi Kabakov mütəxəssisi 89-cu dəqiqədə etirazlarına görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıb. Bununla da E.Rəhmanov texniki heyətin olduğu yeri tərk edib.

Qeyd edək ki, oyunun 57-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev 2-ci sarı vərəqə ilə oyundan kənarlaşdırılıb. Buna sərt şəkildə etiraz etdiyinə görə isə baş hakim Qurban Qurbanova sarı vərəqə göstərib.

AzVision.az


Teqlər:





Xəbər lenti