"Qarabağ" Avropa Liqasının 1/8 finalında

  "Qarabağ" Avropa Liqasının 1/8 finalında
  23 Fevral 2024    Oxunub:1542
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da meydana çıxıb.

Qurban Qurbanovun komandası Bakıda "Braqa"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən dramatik görüşdə azlıqda qalan - 10 nəfərlə oynayan "Qarabağ" "Braqa"ya 2:3 hesabı ilə uduzub.

Lakin Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan Ağdam təmsilçisi iki oyunun nəticəsinə görə qalib gələrək (6:5) 1/8 finala adlayıb və Azərbaycan futbolunda daha bir tarix yazıb.

22 fevral

UEFA Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu


21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 2:3

Qollar: Rojer Fernandes, 70 (0:1), Alvaro Djalo, 83 (0:1), Mateus Silva, 102 (1:2), Simon Banza, 115-pen. (1:3), Nəriman Axundzadə, 120+2 (2:3)

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57 ("Qarabağ")

Baş hakim: Georgi Kabakov (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 4:2








***
UEFA Avropa Liqasının pley-off mərhələsininin cavab oyunu çərçivəsində bir qədər sonra başlayacaq "Qarabağ" - "Braqa" matçı üçün heyətlər açıqlanıb.

AzVision.az xəbər verir ki, "Qarabağ"ın heyətində ilk oyunla müqayisədə bir dəyişiklik var. Cəzalı durumda olduğundan Portuqaliyadakı matçı buraxan Marko Veşoviç bugünkü görüşdə ilk 11-likdə yer alıb. Müdafiənin sağ cinahında ilk matçda Mateus Silva çıxış etmişdisə, bu gün Veşoviç oynayacaq.

Komandalar saat 21:45-da start götürəcək matça aşağıdakı tərkibdə çıxacaqlar:

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, M.Silva, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov, T.Bayramov, P. Andrade, N.Axundzadə,

"Braqa": 1. Mateus, 26. Kristian Borxa, 4. Siku Niakate, 15. Paulo Oliveyra, 2. Viktor Qomes, 16. Rodriqo Zalazar, 22. Pizzi, 28. Joao Moutinyo, 11. Rojer Fernandes, 9. Abel Ruis (k), 23. Simon Banza

Ehtiyat oyunçular: Tiaqo, Horniçek, Serdar, Xose, N'dour, Bruma, Mendes, Lopes, Cissumba, Joze Fonte, Sumare, Vitor Karvalyo

AzVision.az


Teqlər:





Xəbər lenti