Qəssab heyvan kəsmək adı ilə evdən çıxdı, meyiti tapıldı

Qəssab heyvan kəsmək adı ilə evdən çıxdı,    meyiti tapıldı
  22 Fevral 2024    Oxunub:688
Bu gün səhər saatlarında Qəbələ rayonunun Aydınqışlaq kəndindəki taxta sexinin ərazisində 1985-ci il təvəllüdlü Tural Abdurahmanovun meyiti aşkar edilib.
Meyitin müayinəsi zamanı onun boyun damarının kəsildiyi müəyyən olunub. Şəxsin intihar etdiyi ehtimal olunur.

Həmçinin, Tural Abdurahmanovun son üç-dörd il ərzində alkoqol asılılığından və psixi pozuntulardan əziyyət çəkdiyi bildirilir.
Tural Abdurahmanov kənddə qəssab işləyib. Bildirilir ki, o, bu gün səhər saatlarında ailə üzvləri ilə vidalaşaraq bıçaq götürüb və yaxın dostunun həyətində heyvan kəsmək adı ilə evdən çıxıb.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti